17 
May
2019
08:40
31
245
3733
Virtual karabakh

Tramp terrorçuların səyahət xərclərini ödəmək istəyib

17 May, 2019
08:40
3733

Tramp terrorçuların səyahət xərclərini ödəmək istəyib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tramp administrasiyası Əfqanıstan hökuməti ilə Taliban arasında sülh danışıqlarının baş tutması üçün Talibanın səyahət xərclərini (o cümlədən, qidalanma və qalma) öz üzərinə götürmək istəyib.

BBC-nin məlumatına görə, bununla bağlı administrasiya Konqresə müraciət etsə də, qanunverici orqan bu vəsatəti təmin etməyib.

Konqres üzvləri belə maliyyələşmənin terrorçulara dəstək anlamına gəldiyini hesab edib.

Bu arada Pentaqon da Talibanla sülh danışıqlarına vasitəçilik etmək üçün federal büdcədən vəsaitin ayrılması ilə bağlı Konqresə müraciət olunduğunu təsdiq edib.

Qeyd edək ki, 2018-ci ilin oktyabr ayından bəri Dohada ABŞ-ın vasitəçiliyi ilə Talibanla Əfqanıstan hökuməti arasında  altı danışıqlar mərhələsi keçirilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri