17 
May
2019
10:28
42
185
3844
Virtual karabakh

Model əylənmək üçün qədim heykəli dağıtdı - VİDEO

17 May, 2019
10:28
3844

Model əylənmək üçün qədim heykəli dağıtdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Polşalı model Yuliya Slonska Varşavanın “İsveçrə vadisi” parkında əylənmək məqsədilə çəkiclə XVIII əsrə aid heykəli dağıdıb. O, vandal hücumunu videoya çəkərək, sonradan sosial şəbəkədə paylaşıb.

Kadrlarda Slonskanın nümayişkaranə şəkildə mələyin üzünü dağıtdığını görmək olur. Qalmaqallı görüntünü on minlərlə istifadəçi izləyib. Modelin sosial şəbəkə izləyiciləri onun bu ipə-sapa yatmayan hərəkətlərindən şoka düşüb, ünvanına tənqidlər, bəziləri isə təhqirlər yağdırıb. Hətta bəziləri ona zəng edərək, cəzalandırmaqla hədələyib.

Varşavanın Yoj Miziolek milli muzeyinin rəhbəri “Plotek” nəşrinə verdiyi müsahibədə heykəlin bərpasının mümkünsüz olduğunu dilə gətirib.

Modelin təhsil aldığı universitetdən kənarlaşdıracağı gözlənilir. Onun cinayət məsuliyyətinə cəlb olunacağı istisna edilmir.  

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri