18 
May
2019
11:30
122
42
2436
Virtual karabakh

Venesuela ABŞ-la dialoqa hazırlaşır

18 May, 2019
11:30
2436

Venesuela ABŞ-la dialoqa hazırlaşır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Venesuela xarici işlər naziri Xorxe Arreasa ABŞ-la dialoqa hazır olduğunu bildirib.

Məlumat Venesuela hökumətinin rəsmi saytında dərc olunub.

X.Arreasa hesab edir ki, Birləşmiş Ştatların Venesuela üzrə strategiyası iflasa uğrayıb. Bununla belə diplomat Vaşinqtonla qarşılıqlı münasibətləri qaydasına salmağa hazır olduğunu vurğulayıb.

“Diplomatiyanın vaxtı çatıb, biz diplomatiyaya qayıdıb, danışıqlar masası arxasına əyləşməyə və bir-birimizə hörmət etməyə hazırıq”, - deyə nazir bildirib.

X.Arreasa qeyd edib ki, ölkə ilə diplomatik əlaqələrin kəsiləcəyi təqdirdə Vyana konvensiyasının 45-ci maddəsinə müvafiq olaraq, ABŞ-ın Karakasdakı diplomatik nümayəndəliyinin mühafizəsini İsveçrəyə həvalə etdiyi kimi, öz səfirliyinin mühafizəsini üçüncü ölkələrə həvalə edə bilər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri