18 
May
2019
14:24
100
28
3151
Virtual karabakh

Avstriyalı vitse-kansler rusiyalı qadına görə istefaya göndərilir

18 May, 2019
14:24
3151

Avstriyalı vitse-kansler rusiyalı qadına görə istefaya göndərilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyalı qadınla gizli əməkdaşlıqda şübhəli bilinən Avstriya vitse-kansleri Hayns-Kristian Ştraxe yaxın saatlarda istefa verəcək.

Bu barədə Avstriyanın APA agentliyi məlumatlı mənbələrə istinadən informasiya yayıb.

Məlumata görə, yaranmış vəziyyətdən çıxış yolu kimi Avstriya hökuməti iki variantı nəzərdən keçirir: ya Milli Şuraya seçkilər elan ediləcək, ya da gələcək vitse-kansler kimi Norbert Hoferlə iş davam etdiriləcək.

“Reuters” agentliyi ölkənin kansleri Sebastian Kurtsun siyasətçi ilə bundan sonra birgə işləmək fikrində olmadığını bldirib. Vitse-kanslerlə rusiyalı qadın arasında gizli sövdələşmə haqqında “Süddeutsche Zeitung” qəzeti yazıb. Yayılmış qalmaqallı videoda, siyasətçi və onun köməkçisi Yohann Qudenusun rusiyalı oliqarxın qızı ilə İbizada görüşdüyü iddia olunur.

İddiaya görə, rusiyalı qadın Ştraxeyə seçkilərdə qalib gəlməkdə kömək etməli idi. Bunun əvəzində isə siyasətçi tikinti sektorundakı dövlət kontraktlarını onun şirkətlərinə həvalə etməyi öhdəsinə götürmüşdü.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri