19 
May
2019
23:11
54
278
5592
Virtual karabakh

Kiyev tankerə görə Misirə nota göndərdi - YENİLƏNİB

19 May, 2019
23:11
5592

Kiyev tankerə görə Misirə nota göndərdi - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, Misir içərisində xarici vətəndaşların olduğu  “Sea Shark” yük gəmisini girov saxlayır.

Ukrayna Xarici İşlər Nazirliyinin idarə rəisi Vasili Kiriliç bildirib ki, XİN içərisində 17 Ukrayna vətəndaşı olan “Sea Shark” gəmisinin saxlanılması ilə bağlı izahat tələb edib.

Ukrayna səfirliyi Misir XİN-ə məsələylə əlaqədar nota göndərib. Bundan əlavə, saxlanılan gəmiyə səfirlik nümayəndələrinin buraxılması tələb olunub.

Kiriliç qeyd edib ki, ukraynalı dənizçilərin işi Ukrayna Konsul Xidmətləri Departamenti tərəfindən xüsusi nəzarətə  götürülüb.

Xatırladaq ki,“Sea Shark”ın ekipajı 31 nəfərdən ibarətdir. Onlardan 17 nəfər Ukrayna, 11 nəfər Hindistan, Filippin və Şri-Lanka vətəndaşlarıdır. Onların arasında iki krımlı və bir nəfər Azərbaycan vətəndaşı da var.

17:22

Misir xarici vətəndaşların olduğu “Sea Shark” yük gəmisini azad etməyə tələsmir. 

Mignews xəbər verir ki, ötən ilin dekabr ayında Misir Hərbi-Dəniz Donanması tərəfindən saxlanılan tankerin ekipaj üzvlərindən biri Azərbaycan vətəndaşıdır. 

Ümumiyyətlə gəmi ekipajı 31 nəfərdən ibarətdir. Onlardan 17 nəfər ukraynalıdır. Bu amil Ukrayna hökumətini Misirdəki səfirliyi vasitəsi ilə ölkənin Xarici İşlər Nazirliyinə nota vermək məcburiyyətində qoyub. 

Gəminin ekipaj üzvləri faktiki girov götürülüb. Misirin müvafiq strukturları gəmiyə 11 milyon barel neftin qanunsuz yükləndiyini iddia edir. Misirin ərazi sularına qanunsuz daxil olduğuna görə tankerin sahibinə qarşı 56 milyon dollarlıq iddia qaldırılıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri