21 
May
2019
14:47
224
26
4017
Virtual karabakh

Yeni Zelandiyada məscidlərə hücum məsələsində yenilik - Terror ittihamı

21 May, 2019
14:47
4017

Yeni Zelandiyada məscidlərə hücum məsələsində yenilik - Terror ittihamı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yeni Zelandiyanın Kraystçörç (ingilicə Christchurch) şəhərində məscidlərə silahlı hücum edərək, 51 nəfəri öldürməkdə ittiham olunan Brenton Tarranta “terror aktı həyata keçirmə” maddəsilə cinayət işi açılıb.

BBC-nin məlumatına görə, bu barədə Yeni Zelandiya Baş Polis İdarəsi informasiya yayıb.

Buna qədər o, martın 15-də şəhərin iki məscidində törədilən hücumlarla əlaqədar adam öldürmə və adam öldürməyə cəhd maddələri üzrə ittiham olunurdu.

Habelə ekspertlərin bildirdiyinə görə, ittihamın “terror aktı törətmə”yə dəyişdirilməsi vəziyyəti bir qədər mürəkkəbləşdirəcək. Belə ki, proses əvvəlkindən dəfələrlə uzun çəkəcək və istər-istəməz məhkəmə zalında ekstremistin öz baxışlarını bölüşməsinə daha geniş şərait yaradılacaq.

Məhkəmə prosesinin iyunun əvvəlində start götürəcəyi gözlənilir

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri