21 
May
2019
14:55
151
49
3354
Virtual karabakh

“Arsenal” qalib gəlsə, futbolçulara 10 milyon ödəyəcək

21 May, 2019
14:55
3354

“Arsenal” qalib gəlsə, futbolçulara 10 milyon ödəyəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Arsenal” futbolçuları gələn həftə Bakıda keçiriləcək Avropa Liqası finalında qələbə qazansalar, klubun rəhbərliyi oyunçuları adambaşına yarım milyon funt-sterlinqə qədər mükafatlandıracaq.

Bu barədə “Daily Mail” yazır.

Məlumata görə, Unai Emerinin çalışdırdığı komandanın futbolçuları ilə bağlanmış müqavilənin bonuslar (əlavə mükafatlar) bölməsində Avropa “trofey”lərinin qazanılacağı təqdirdə oyunçuların fərdi qaydada mükafatlandırılması nəzərdə tutulur.

Bonuslar 100,000-500,000 funt-sterlinq arasında dəyişir. Beləcə, final qələbəsi “topçular”ın rəhbərliyinin xərclərini 10 milyon funt-sterlinq artırmış olacaq.   

“Arsenal” sonuncu dəfə qitə yarışlarında 1994-cü ildə qalib olub, Kuboklar Kubokunu qazanıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri