21 
May
2019
18:06
450
18
2103
Virtual karabakh

Erməni hərbçilər qəzaya düşdü: yaralılar var

21 May, 2019
18:06
2103

Erməni hərbçilər qəzaya düşdü: yaralılar var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın Syuniks vilayətində hərbi qulluqçuların iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Shamshyan.com saytı yazır.

Hadisə 21 may, təxminən 12:40 radələrində Meğri-Yerevan yolunun 82-ci kilometrliyində baş verib. “Ford” markalı avtomobil “QAZ” markalı maşınla toqquşub.

Nəticədə, bir nəfər hadisə yerində dünyasını dəyişib, üçü yaralanaraq Qapan tibb mərkəzinə aparılıb. 

Müdafiə Nazirliyinin mətbuat katibi Arsurun Ovannisyanın sözlərinə görə, hərbi qulluqçular yüngül xəsarət alıblar. Hazırda xəstəxanadadırlar.

Faktla bağlı cinayət işi başlanılıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri