21 
May
2019
20:04
331
16
4180
Virtual karabakh

Zelenski Ali Radanı buraxdı

21 May, 2019
20:04
4180

Zelenski Ali Radanı buraxdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukrayna prezidenti Vladimir Zelenski Ali Radanın buraxılması barədə Fərman imzalayıb. Prezident həmçinin iyulun 21-də parlamentə növbədənkənar seçkilərin keçiriləcəyini bəyan edib.

Dövlət başçısının fərmanında bildirilir ki, Ali Radanın buraxılması qərarı 30 gün ərzində hakim koalisiyanın olmamasından irəli gəlib. (Ukrayna Konstitutsiyasının I hissəsinin II maddəsinin I bəndinə əsasən). 

Prezidentin inauqurasiyasından az öncə, mayın 17-də parlamentin spikeri Andrey Parubiy hakim koalisiyanın süqutunu elan edərək, yeni koalisiya sazişi aparmaq üçün 30 günlük müddət təyin edib.

Zelenski hökumətə seçkilərin maliyyələşdirilməsini təmin etməyi tapşırıb. Sənəd dərc edildiyi gündən qüvvəyə minir.

Mayın 21-də Ukrayna prezidenti parlament fraksiyalarının rəhbərfləri ilə müşavirə keçirib. Müşavirədə növbədənkənar  seçkilərin keçirilməsi məsələsi və seçkilərin gününün müəyyən edilməsi müzakirə olunub.

Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski andiçmə mərasimindən sonra etdiyi çıxışda yaxın zamanda Ali Radanı buraxacağını elan edib. O, Ukrayna parlamentindən deputat toxunulmazlığının ləğv olunması ilə bağlı qanun qəbul etmələrini tələb edib. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri