22 
May
2019
02:52
35
227
3835
Virtual karabakh

Suriyada terrorçular tanklarla hücuma keçiblər

22 May, 2019
02:52
3835

Suriyada terrorçular tanklarla hücuma keçiblər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Suriyada yaraqlılar tanklardan da istifadə etməklə hökumət qoşunlarının mövqelərinə hücuma keçiblər.

Bunu Suriyada düşmən tərəflərin barışdırılması üzrə Mərkəzin rəhbəri general-mayor Viktor Kupçişin bildirib.

“21 may 2019-cu ildə qanunsuz silahlı birləşmələrin yaraqlıları “Hayat Təhrir əş-Şam” terror qruplaşmasının rəhbərliyi altında tanklardan və “cihad-mobil”lərdən istifadə etməklə Əl-Habit-Kafr-Nbuda və Kafr-Zayta-Hamamiyət istiqamətində hücuma keçməyə cəhd ediblər”, — deyə, general bildirib.

Onun sözlərinə görə, hazırda Suriya hökumət qoşunlarının bölmələri terrorçuların kütləvi hücumunun qarşısını almağa cəhd göstərir.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri