22 
May
2019
11:25
248
68
6798
Virtual karabakh

Rusiyada terrorçular öldürüldü - YENİLƏNİB + VİDEO

22 May, 2019
11:25
6798

Rusiyada terrorçular öldürüldü - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Vladimirski vilayətinin Kolçuqino şəhərində keçirilən anti-terror əməliyyatının gedişində xüsusi təyinatlılar iki yaraqlını zərərsizləşdirib. 

Bu barədə Rusiyanın Milli Terrorla Mübarizə Komitəsi məlumat yayıb. 

Xüusi təyinatlı dəstə quldurların qaldığı evi mühasirəyə alaraq, giriş-çıxışlarını bağlayıb. Cinayətkarlar təslim olmaqdan imtina edərək, atəş açıb. Atışmanın gedişində hər iki yaraqlı öldürülüb. 

Komitənin verdiyi məlumata görə, yaraqlılar terrorçu qruplaşmalardan birinin tərəfdarları olub  və xarici kordinatorlarının təlimatı əsasında insanların kütləvi toplaşdığı yerlərdə terror aktları törətməyi planlaşdırıb. Komitə onların konkret olaraq hansı qruplaşmaya məxsus olduğunu açıqlamır.

06:45

Rusiyada Vladimir vilayyətinin Kolçuqino şəhərində terrorçular şəxsi evdə səngərləniblər.

TASS xəbər verir ki, yaraqlılar hüquq-mühafizə orqanlarının təslim olma çağırışına cavab olaraq atəş açıblar.

Yaraqlıların gizləndiyi yaşayış evi Kolçuqino şəhərinin kənarında yerləşir. Ərazidə kontr-terror əməliyyatı rejimi tətbiq olunub. Hadisə yerindən azı 15 insan təcili evakuasiya olunub.

Milli antiterror komitəsindən bildiriblər ki, yaraqlılar insanların kütləvi toplaşdıqları yerdə terror aktı həyata keçirmək istəyiblər. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri