22 
May
2019
10:09
58
434
11070
yuxarı
ABŞ Türkiyəyə vaxt verdi - Milyardlıq müqaviləni ləğv etməlidir
22 May, 2019
10:09
11070
58
434
ABŞ Türkiyəyə vaxt verdi - Milyardlıq müqaviləni ləğv etməlidir
ABŞ Türkiyədən Rusiya istehsalı S-400 hava hücumundan müdafiə sisteminin alınmasından vaz keçməsini tələb edib. Bunun əvəzində ABŞ istehsalı “Patriot” sistemlərini alması üçün Türkiyəyə iki həftə vaxt verib.
Bununla bağlı “Sputnik Türkiyə” məlumat yayıb.
“Türkiyə iki həftənin sonunda Rusiya ilə milyardlarla dollarlıq müqaviləni ləğv etməli və bunun əvəzinə ABŞ-da “Raytheon” şirkəti tərəfindən istehsal olunan “Patriot” raketdən müdafiə sistemi almalıdır. Yoxsa F-35 proqramından xaric edilmə, vəd edilən 100 ədəd F-35-i itirmə təhlükəsi, sanksiya ilə üzləşmə və NATO-nun mümkün reaksiyaları ilə qarşılaşacaq”, - məlumatda qeyd edilib.
Mənbələr bunun “ABŞ Xarici İşlər Nazirliyinin son təklifi” olduğunu bildirib.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Dünya xəbərləri
25 
Apr
2024
13:40
Ermənistan daimi sülh üçün özündə güc tapıb real addımlar atmalıdır - RƏY + FOTO
50
4
283
25 
Apr
2024
12:36
ABŞ kəşfiyyatı İranın hücumuna cavab olaraq İsrailə üç variant təklif etdi
67
26
1262