22 
May
2019
11:16
32
158
1897
yuxarı
Braziliyalı kilsədə üç nəfəri güllələdi
22 May, 2019
11:16
1897
32
158
Braziliyalı kilsədə üç nəfəri güllələdi
Braziliyanın Parakatu rayonunda silahlı şəxs kilsədə üç nəfəri güllələyib.
Bu barədə “Correio Brazilense” məlumat verir.
Nəşrin yazdığına görə, kilsəyə yollanmazdan əvvəl kişi keçmiş nişanlısını öz evində öldürüb. Polis patrulu hadisə vaxtı kilsə yaxınlığında olduğundan operativ reaksiya göstərib. Əks təqdirdə itki sayı daha çox ola bilərdi. İnsident zamanı kilsədə 20 nəfər olub, atıcının isə daha altı gülləsi qalıb.
Atıcının keçmiş hərbi hava qüvvələri hərbçisi - 39 yaşlı Rurdson Araqon Qimareş olduğu müəyyənləşib. Əməliyyatın gedişində polis tərəfindən yaralanıb. Onun Minas-Jerays ştatının xəstəxanasına yerləşdirildiyi bildirilir.
Kilsə hücumunun motivləri hələlik məlum deyil.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək