23 
May
2019
09:49
90
16
1504
Virtual karabakh

Tereza Mey istefaya gedə bilər

23 May, 2019
09:49
1504

Tereza Mey istefaya gedə bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniyanın Baş naziri Tereza Mey cümə günü istefa verə bilər.

Bu barədə “Times” qəzeti Meyin tərəfdarlarına istinadən məlumat yayıb.

Ötən axşam Britaniya parlamentinin Nümayəndələr Palatasının lideri Andrea Lids Brexit məsələsi ilə bağlı onunla Baş nazir arasında düşən ixtilaflara görə istefa verib.

Qəzetin yazdığına görə, Mey tərəfdarları onun ser Qrem Breydi ilə keçirəcəyi görüşdən sonra istefa verdiyini elan edəcəyini hesab edir.

Qeyd edək ki, Brexitlə bağlı danışıqlar uzun müddətdir ki, daşa dirənib. Mey hazırlanan saziş layihəsi ilə bağlı opponentlərini razı salmaq üçün bir sıra vədlərlə çıxış edib. Sənədin iyun ayının əvvəlində artıq dördüncü dəfə parlamentin müzakirəsinə çıxarılacağı gözlənilir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri