24 
May
2019
06:57
191
17
3217
Virtual karabakh

Kanadanın baş naziri hindi liderinə bəraət qazandırıb

24 May, 2019
06:57
3217

Kanadanın baş naziri hindi liderinə bəraət qazandırıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kanadanın baş naziri Castin Tryudo ittiham edilmiş kri tayfasının rəhbərinə 134 il ötdükdən sonra bəraət qazandırıb.

“CBC News” xəbər verir ki, kri tayfasının rəhbəri Paundmeyker 1885-ci ildə hindi üsyanında iştirak etdiyinə görə dövlət xəyanətində ittiham edilib. Bir ildən sonra Paundmeyker ağ ciyərindəki xəstəliyə görə azadlığa buraxılıb, lakin tezliklə ölüb.

“2019-cu ildə biz onun həqiqətini görürük. O, lider, siyasətçi və sülhpərvər şəxs kimi faydasız ölümlərə yol verməmək üçün mümkün olan hər şey edirdi”, - deyə, Tryudo bildirib.

Baş nazir Kanadanın hindi tayfalarının qarşısındakı çıxışında deyib ki, tayfa rəhbərinin bəraəti üçün 134 il lazım gəlib. Mərasimlər zamanı həmçinin Paundmeykerin məzarı önünə müqəddəs sayılan tütün qoyulub.

Baş nazir qeyd edib ki, hökumət Kanadanın yerli xalqları ilə qarşılıqlı anlaşmaya nail olmaq üçün keçmiş səhvlərini etiraf etməlidir. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri