24 
May
2019
17:05
236
31
2791
Virtual karabakh

Hindistanda “Əl-Qaidə” başçısı öldürüldü - Ən təhlükəli terrorçu

24 May, 2019
17:05
2791

Hindistanda “Əl-Qaidə” başçısı öldürüldü - Ən təhlükəli terrorçu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hindistanın Camma və Kəşmir ştatında “Əl-Qaidə” terrorçu qruplaşmasının yerli şəbəkəsinin başçısı zərərsizləşdirilib.

Bu barədə BNN məlumat yayıb.

Məlumata görə, bir sıra qanlı terror hücumlarına cavabdeh olan Zakir Musa adı ilə tanınan yaraqlı ştatın cənubunda keçirilən irimiqyaslı xüsusi əməliyyat nəticəsində zərərsizləşdirilib.  Cümə axşamı polis qüvvələri Srinaqar şəhərində Musa və onun silahdaşlarının gizləndiyi rayonu mühasirəyə alıb.  

Məlumata görə, polisin təslim olmaqla bağlı tələblərinə tərəf əl qumbarası atmaqla cavab verib. Terrorçuların odlu silahlardan atəş açdığı bildirilir. Nəticədə, tərəflər arasında silahlı toqquşma meydana gəlib.

Zakir Musa (əsl adı Zaki Rəşid Bhat) uzun illər Hindistanın ən təhlükəli terrorçularından sayılıb. Hindistan xüsusi xidmət orqanlarının informasiyasına görə, o, 2013-cü ildə “Hizbul-Mücahidin” qruplaşması tərəfindən cəlb olunub. Bir neçə ildən sonra isə “Əl-Qaidə”nin yerli şəbəkəsinin lideri səviyyəsinə qədər “yüksəlib”.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri