25 
May
2019
09:21
20
363
2885
Virtual karabakh

Hindistanda məktəb yandı: 19 ölü - VİDEO

25 May, 2019
09:21
2885

Hindistanda məktəb yandı: 19 ölü - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hindistanın qərbində yerləşən Surat şəhərində yerli məktəb binasında baş verən yanğın nəticəsində azı 19 nəfər həlak olub.

Bu haqda BBC yerli rəsmilərə istinadən məlumat verir.

Hadisə şahidləri binadan qatı tüstünün qalxdığını və içəridə olan bəzi şagirdlərin yanğından qurtulmaq üçün pəncərədən özlərini aşağı atdığını bildirir.

Qurbanların çoxu məktəbin hazırlıq mərkəzində oxuyan yeniyetmələrdir.

Yanğının səbəbi hələ məlum deyil. Rəsmilərin dediyinə görə, binanın mərtəbələrində dam örtüyü tezalışan materialdan olduğundan alov sürətlə yayılıb.

Bundan başqa, azı 20 nəfərin müxtəlif dərəcəli yanıq xəsarətləri aldığı və Qucarat xəstəxanalarına təxliyə olunduğu bildirilir.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri