25 
May
2019
12:10
29
206
4479
Virtual karabakh

Everestdə “tıxac”: Üç nəfər öldü - FOTO

25 May, 2019
12:10
4479

Everestdə “tıxac”: Üç nəfər öldü - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayın 23-də Everest zirvəsinə yüksəlmək istəyən üç Hindistan vətəndaşı həlak olub.

Bu haqda “NBC News” məlumat verir.

27 yaşlı Nihal Baqvan dağın zirvəsinə yüksəlmək üçün növbə gözləyən zaman yorğunluqdan yıxılaraq ölüb. 49 yaşlı Kapana Das və 54 yaşlı Ancal Kukarni isə dağdan enən zaman həlak olub. Onların ölüm səbəbi hələ ki müəyyən edilməyib.

Dünyanın ən yüksək zirvəsini fəth etməyə çalışan alpinistlərdən ibarət uzun növbənin fotoşəklini Nepaldan olan keçmiş hərbçi Nirma Purya “Twitter”də paylaşıb. Onun bildirdiyinə görə, təxminən 320 nəfər əlverişsiz hava şəraiti ilə əlaqədar çıxılmaz vəziyyətdə qalıb və zirvəyə yüksəlmək üçün növbələrinin çatmasını gözləyir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri