26 
May
2019
15:07
191
47
12097
Virtual karabakh

Gürcü nazir qonşu ölkənin bayrağına görə istefaya göndərildi

26 May, 2019
15:07
12097

Gürcü nazir qonşu ölkənin bayrağına görə istefaya göndərildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanın Acarıstan Muxtar Respublikasının təhsil, mədəniyyət və idman naziri İnqa Şamilişvili istefaya göndərilib.

Georgia Online” xəbər verir ki, bu barədə Acarıstan Nazirlər Kabinetinin rəhbəri Tornike Rijvadze deyib.

Bildirilir ki, İ. Şamilişvilinin istefaya göndərilməsinə səbəb Rusiya bayraqlarıdır. 

Batumidə beynəlxalq folklor festivalında keçirilən yürüşdə Rusiya bayraqları ilə yanaşı üzərində Rusiya sözü yazılan plakatlar görünüb.

Bu halın məhz Gürcüstanın Müstəqillik günündə yaşanması ictimaiyyəti və respublika rəhbərliyini hiddətləndirib. Festivalın təşkilinə görə İ. Şamilişvilinin rəhbərlik etdiyi nazirlik məsuliyyət daşıyıb. Şamilişvili bildirib ki, bu, uşaq festivalı idi və siyasətlə bağlı olmayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri