26 
May
2019
21:20
229
35
7874
Virtual karabakh

Təyyarəyə gecikən nazir istefa verməli oldu

26 May, 2019
21:20
7874

Təyyarəyə gecikən nazir istefa verməli oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Meksikanın Ətraf Mühit və Təbii Sərvətlər naziri Josefa Gonzalez-Blanko iş səyahətinə çıxacağı sərnişin təyyarəsini 40 dəqiqə gecikdirdiyinə görə istefa verib.

TASS xəbər verir ki, sərnişinlərin və medianın etirazı ilə qarşılaşan  nazir sosial şəbəkədə istefa səbəbini yazmaqla bir növ xalqdan üzr istəyib.

 “Başqa bir səbəbi yoxdur. Heç kim üstünlüyə sahib olmamalıdır. Bir nəfərin mənafeyi çoxluğun rifahından üstün olmamalıdır. Hamımız ədalət və bərabərlik dəyərlərinə uymalıyıq.Təyyarənin gecikməsinə mən səbəb oldum. Bu barədə prezident tapşırıq verməyib”.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri