27 
May
2019
03:29
38
153
2665
Virtual karabakh

Fransada parlament seçkilərində milliyyətçilər qalib gəlib

27 May, 2019
03:29
2665

Fransada parlament seçkilərində milliyyətçilər qalib gəlib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İlkin hesablamalara görə, Fransada keçirilən Avropa parlamenti seçkilərində “Milli Birlik” partiyası (Rassemblement National) təxminən 24 faiz səs toplayaraq ilk yerdə qərarlaşıb.  

“RİA Novosti” xəbər verir ki, prezident Emanuel Makronun başçılıq etdiyi “İrəli Respublika” partiyası 22% səslə ikinci yeri tutub, “Ekologistlər” partiyası (“yaşıllar”) 13%-lə üçüncüdür.  

Qeyd edək ki, Marin Le Penin başçılıq etdiyi “Milli Birlik” partiyası ultrasağçılar hesab olunur və milliyyətçilik ideologiyasına arxalanır.

Seçkidən dərhal sonra Le Pen Fransa parlamentinin buraxılmasını tələb edib.   

Ümumilikdə, seçicilər 2686 namizəd arasında seçim ediblər. Fransa 79 avrodeputatla Almaniyadan (96) sonra ikinci yeri tutur.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri