2 
İyn
2019
10:28
52
203
12722
yuxarı
Netanyahudan gözlənilməz bəyanat
2 İyn, 2019
10:28
12722
52
203
Netanyahudan gözlənilməz bəyanat
Qolan təpələrinin raket atəşinə tutulmasına cavab olaraq Suriyadakı hədəflərə zərbə endirilməsi haqda göstərişi şəxsən özüm vermişəm.
TASS xəbər verir ki, bunu İsrail baş naziri Binyamin Netanyahu bəyan edib.
“Ərazimizin atəşə tutulmasına dözmək niyyətində deyilik və bizə qarşı istənilən təcavüzə böyük qüvvə ilə cavab verəcəyik. Bu, yürütdüyüm davamlı siyasətdir və biz bunu İsrailin təhlükəsizliyi naminə etməkdə davam edəcəyik”, - deyə o vurğulayıb.
Qeyd edək ki, bu gecə İsrail ordusu Suriyadakı hədəflərə zərbə endirib. Suriyanın SANA agentliyinin məlumatına görə, nəticədə 3 suriyalı hərbçi ölüb, yeddi nəfər yaralanıb.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək