İyn
2019
00:01
788
18
10053
Virtual karabakh

Məsut Özil toyu münasibətilə 1000 uşağı əməliyyat etdirəcək

8 İyn, 2019
00:01
10053

Məsut Özil toyu münasibətilə 1000 uşağı əməliyyat etdirəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün evlənən “Arsenal”ın futbolçusu Məsut Özillə xanımı Əminə Gülşə toy münasibəti ilə çox təqdirəlayiq addım atıblar.

Cütlük toyları münasibətilə ehtiyac sahibi olan 1000 uşağın əməliyyat pulunu ödəyəcəyini açıqlayıb.

“Bir çox fanlarım mənə, yaxın dostlarım və ailəmə toyuma görə nə dilədiyimi soruşurlar. Bir futbolçu olaraq heç bir ehtiyacım yoxdur, bu xoşbəxtliyə sahibəm. Əminə ilə birlikdə yardıma möhtac olan 1000 uşağın əməliyyat xərclərini qarşılayacağam. Biz heç kimdən toy üçün hədiyyə gözləmirik. Köməyə ehtiyacı olan uşaqların əməliyyat pulunu qarşılayın”, - deyə o, Instagram hesabında yazıb.

Bu uşaqların bir hissəsi Türkiyədən, bir hissəsi isə Afrika ölkələrindən seçilib. Məsut  Özil ehtiyacı olan 1000 uşağın sağlamlığının  bərpa edilməsini özünə və onlara  verilən ən böyük hədiyyə olduğunu bildirib.

Bundan əlavə, Özil-Gülşə cütlüyü kasıblıqdan əziyyət çəkən 16 min insanın yeməklə təmin edilməsi üçün maddi dəstək olub.

Qeyd edək ki, Məsut Özil bu gün evlənib.Onun nikah şahidi Türkiyə prezidenti olub.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Many fans have asked me, my close relatives and friends about our wishes for tomorrow's wedding. As a professional footballer I am in a fortunate and privileged position. However, I invite everyone who is willing and able to help to support a very special project close to both of our hearts that we will undertake with @big.shoe11! 🙏🏼 Amine and I will bear the expenses for surgeries of 1000 children in need. I’d be happy if in addition, many more treatments all over the world can be fulfilled. If you would like to help this good cause, please click the link in my bio. I have really taken the team at BigShoe and the passion they treat their young patients with to my heart. BigShoe works alongside German and Swiss Doctors to help children all around the world by providing life changing surgeries. Burns, club feet & clefts are medical conditions that developing countries struggle to treat due to lack of doctors, money and medicine. We have already worked together for surgeries in Brazil (Worldcup 2014), in Africa (2016) and in Russia (2018). Now we want to go the next step and help children worldwide. 🙏🏼❤ #M1Ö @gulseamine

Публикация от Mesut Özil (@m10_official)

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri