10 
İyn
2019
16:29
293
32
8615
Virtual karabakh

Rəsmi Ankaradan Reykyavikə nota: Qalmaqal böyüyür

10 İyn, 2019
16:29
8615

Rəsmi Ankaradan Reykyavikə nota: Qalmaqal böyüyür

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Xarici İşlər Naziriliyi İslandiyaya nota verib.

Habertürk” xəbər verir ki, buna səbəb 2020-ci il futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İslandiya yığması ilə qarşılaşmaq üçün bu ölkəyə yollanan Türkiyə millisinin üzvlərinin Keflavik hava limanında xoşagəlməz münasibətlə qarşılaşması olub.

Belə ki, bundan əvvəl futbolçuların girişi ilə bağlı razılıq əldə olunsa da, hava limanında problem yaşanıb. İslandiyalı məsul işçilər futbolçuları təqribən iki saat pasport yoxlanışı məntəqəsində gözlədiblər.

Türk futbolçular Burak Yılmaz və Əmrə Belözoğlu jurnalistlərə açıqlamasında yoxlanış məntəqəsindən çox çətin şəkildə keçdiklərini bildiriblər. E.Belözoğlu açıqlama verərkən İslandiya vətəndaşının arxadan gələrək mikrofonların yanına tualet fırçası uzatması ilə gərginliyi daha da artıb.

Məsələ ilə əlaqədar Türkiyənin Gənclər və İdman naziri Mehmet Məhərrəm Kasapoğlu İslandiyaya səfərə hazırlaşır.

Qeyd edək ki, İslandiya-Türkiyə oyunu iyunun 11-də keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri