11 
İyn
2019
12:05
237
15
4900
Virtual karabakh

Ermənistandan Qarabağ separatçılarına sanksiya: Bir qəpik də verməyəcək

11 İyn, 2019
12:05
4900

Ermənistandan Qarabağ separatçılarına sanksiya: Bir qəpik də verməyəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İşğal altında olan Dağlıq Qarabağ regionunda separatçılarla Ermənistan hakimiyyəti arasında gərginlik davam edir.

Ermənistanın “Politik” nəşrinin yazdığına görə, Baş nazir Nikol Paşinyan işğal altında olan Qarabağın “hökumət”inə etibar etmir və hətta onları müharibəyə təhrik etməkdə təqsirləndirir.

Nəşr yazır ki, yaxın günlərdə Qarabağ separatçılarının başçısı Bako Saakyan  qondarma “Dağlıq Qarabağ Respublikası”nın “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyanı yanına çağıraraq, ondan istefa ərizəsi yazmasını tələb edib. Saakyan bunu Ermənistan hakimiyyətinin göstərişi olması ilə əsaslandırıb.  

“Politik”ə məlum olub ki, Ermənistan hakimiyyəti artıq iki aydır Qarabağ separatçılarının maliyyə yardımı ilə bağlı sorğularına rədd cavabı verir. Ermənistan hakimiyyəti Vitali Balasanyanın “vəzifə”də qalacağı müddətdə separatçılara bir qəpik belə verməyəcəyinə açıq eyham vurub.   

Nəşrin mənbəsinin dediyinə görə, Ermənistan ilk dəfə olaraq separatçılara qarşı maliyyə sanksiyası tətbiq edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri