12 
İyn
2019
15:28
205
129
7524
Virtual karabakh

Səudiyyə aeroportu bombalandı: 26 yaralı

12 İyn, 2019
15:28
7524

Səudiyyə aeroportu bombalandı: 26 yaralı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yəmənin Husi üsyançı hərəkatının yaraqlıları Səudiyyə Ərəbistanının cənub-şərqini ballistik raket atəşinə tutub.    

Bu barədə BBC yerli mətbuata istinadən məlumat yayıb.

Raketlərdən biri Əbha aeroportuna tuş gəlib. Hadisə nəticəsində üçü qadın, ikisi uşaq olmaqla 26 nəfərin yaralandığı bildirilir. Yaralılardan ikisi xarici vətəndaşlardır (Yəmən və Hindistan vətəndaşları).  

Körfəz ölkələri koalisiyasının rəsmisi polkovnik Türki əl Maliki raketin çərşənbə günü 02:21 radələrində Əbha beynəlxalq hava limanının gözləmə zalına tuş gəldiyi bildirilib.

Polkovnik Maliki Yəmən sərhədindən 200 km şimalda yerləşən mülki aeroportun hədəfə alınmasının beynəlxalq humanitar qanunların kobud pozuntusu olduğunu və müharibə cinayəti sayıldığını qeyd edib.

Səudiyyə Ərəbistanının ABŞ istehsalı olan hava müdafiə sistemlərinin raketi dəf edə bilmədiyi xəbər verilir. Maliki aeroporta tuş gəlmiş ballistik raketin növünün müəyyən edilməsi üzrə işlərin aparıldığını diqqətə çatdırıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri