12 
İyn
2019
16:23
57
191
11850
Virtual karabakh

Moskvada kütləvi həbslər - YENİLƏNİB + FOTO/VİDEO

12 İyn, 2019
16:23
11850

Moskvada kütləvi həbslər - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moskvada jurnalist İvan Qolunova dəstək üçün keçirilən kütləvi yürüşdə 1200 nəfər iştirak edib. 

Bu barədə “İnterfaks” Rusiya DİN-ə istinadən məlumat yayıb. 

Məlumata görə, icazəsiz aksiyada polis əməkdaşları 200-dən çox aksiya iştirakçısını saxlayıb.

15:38

Moskvada jurnalist İvan Qolunova dəstək məqsədilə keçirilən kütləvi yürüşdə polis və Rosqvardiya qüvvələri (Rusiya Federasiyası milli qvardiyası - red.) 90-dan çox nümayişçini saxlayıb.

Bu barədə “OVD-İnfo” məlumat yayıb.

Saxlanılanlar arasında bir neçə iri nəşrin, o cümlədən, “Meduza”, “MBX-Media”, “Dojd” və s. əməkdaşları, həmçinin, müxalif fəal, Korrupsiyaya qarşı Mübarizə Fondunun rəhbəri Aleksey Navalnı yer alır.

Aksiyada nümayişçilər müxtəlif şüarlar, o cümlədən, “Siyasi məhbuslara azadlıq!”, “Rədd olsun çekist hakimiyyəti” səsləndirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri