13 
İyn
2019
12:01
6
146
2204
Virtual karabakh

Bakıda iki bıçaqlanma olub

13 İyn, 2019
12:01
2204

Bakıda iki bıçaqlanma olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda yetkinlik yaşına çatmayan şəxslər arasında düşən dava bıçaqlanma ilə nəticələnib.

Bu barədə Oxu.Az-a Binəqədi rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, iyunun 12-də 04:25 radələrində Binəqədi şossesində 17 yaşlı Şəki rayon sakini İsayev Sakit Teymur oğlunun qarın nayihəsinə deşici bıçaq xəsarətləri yetirilib. Zərərçəkən Kliniki Tibbi xəstəxanaya yerləşdirilib.

Altıncı Polis Bölməsinin əməkdaşları İsayev S.T-ni bıçaqlamaqda şübhəli bilinən şəxsin kimliyini müəyyən edib. Həmin şəxs buna qədər oğurluqla bağlı məhkumluğu olan, 16 yaşlı Vəliyev Nicat Bağban oğludur. Şübhəli hələlik saxlanılmayıb. Bu istiqamətdə işlər aparılır. Bıçaqlanmanın motivləri məlum deyil.

Başqa bir bıçaqlanma ötən gün Nizami rayonunda baş verib. Qara Qarayev prospektində 22 yaşlı paytaxt sakini Əhmədli Namət Rabil oğlu bıçaqlanıb. Sonuncu qarın nayihəsində iki deşici bıçaq xəsarətləri ilə 3 saylı Kliniki Xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir.

Polis əməkdaşları hələlik zərərçəkəni sorğu-sual edə bilməyib. Cinayətkarın kimliyi müəyyən edilməyib. Xatırladaq ki, insident gecə saat 03:00 radələrində baş verib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri