14 
İyn
2019
14:21
16
139
4357
Virtual karabakh

Ekoloji fəlakət astanasında: nəhəng “ölüm zonası” yaranacaq

14 İyn, 2019
14:21
4357

Ekoloji fəlakət astanasında: nəhəng “ölüm zonası” yaranacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Luiziana Universitetinin və Okean və Atmosfer Tədqiqatları Milli İdarəsinin alimləri Meksika körfəzində minilliyin ən az oksigenli zonasının ərsəyə gələcəyini proqnozlaşdırır. “Ölüm zonasının” meydana gəlməsi xırda yosunların sürətlə çoxalması ilə əlaqələndirilir və həmin sularda balıqlar və digər dəniz canlılarının qırılmasına səbəb olacağı güman edilir.

Bu barədə “Science Alert” nəşri məlumat yayıb.

“Ölüm zonasının” ərsəyə gəlməsinə həm də yüksək gübrə konsentrasiyaları və digər zərərli kənd təsərrüfatı tullantılarından ibarət suların axıdılması təsir göstərir.

Həmin zəngin maddələr çaylarla Meksika körfəzinə axır və bununla yosunların çoxalmasını həddən artıq sürətləndirir. Yosunların dəniz dibinə yığılaraq parçalanması, həmin sularda olan oksigen miqdarını azaldır.

Belə bir şəraitdə həmin sularda balıqlar qırılacaq və ya başqa məskənlərə köçəcək, nəticədə, körfəzdə balıqçılıq sektoruna ağır zərbə dəyəcək.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri