14 
İyn
2019
17:18
112
314
5495
Virtual karabakh

Serbiya ordusu Kosovaya hücuma hazırdır

14 İyn, 2019
17:18
5495

Serbiya ordusu Kosovaya hücuma hazırdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq ictimaiyyət Kosovada yaşayan serbləri qorumasa, Serbiya oraya qoşun yeridəcək.

Bunu Serbiyanın Xarici İşlər naziri İvitsa Daçiç “İzvestiya” nəşrinə müsahibəsində bildirib.

“Serblərə qarşı qırğın törədilsə, onlar hücumlara məruz qalsalar, beynəlxalq ictimaiyyət isə buna biganə qalsa, Belqrad reaksiya göstərməyə məcbur olacaq. Serbiya buna hazırdır”, - deyə İ.Daçiç bildirib.

Qeyd edək ki, Kosovo-alban xüsusi təyinatlılarının azı 13 serbi həbs etməsindən sonra mayın 28-də Kosovoda yaşayan etnik serblərlə polis əməkdaşları arasında toqquşmalar yaşanıb.

Serblər küçələrə axışaraq yollarda barrikadalar qurub. Asayiş keşikçilərinin onlara qarşı odlu silahlardan istifadə etdiyi bildirilir. Hər iki tərəfdə yaralananlar olub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri