16 
İyn
2019
02:08
24
194
5227
Virtual karabakh

İtaliyada sərt qərar - Miqrantları xilas edənlər...

16 İyn, 2019
02:08
5227

İtaliyada sərt qərar - Miqrantları xilas edənlər...

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliya hökuməti miqrantlarla bağlı yeni qərar verib.

The Guardian” yazır ki, qərara əsasən miqrantların ölkəyə gətirilməsi üçün qayıq yollayan qeyri-hökumət təşkilatları 50 min avro məbləğində cərimələnəcəklər.

İtaliya Prezidenti Sercio Mattarella daxili işlər naziri Matteo Salvini tərəfindən irəli sürülən sərəncamı artıq imzalayıb.

Sərəncama artıq “dənizdə insan həyatını xilas edən qeyri-hökumət təşkilatlarına müharibə elanı” adı verilib.

Qeyd edək ki, İtaliya hökuməti xilasedicilərin gəmilərinin sahilə yan almasına dəfələrlə qadağa qoyub. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına əsasən, 2019-cu ildə İtaliyaya Şimali Afrikadan 1940 nəfər gəlib, 350 nəfər isə yolda ölüb. Beləliklə, miqrantların bu yolla gəlməsi nəticəsində ölüm halları 15 faizdən çox təşkil edir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri