16 
İyn
2019
07:30
123
20
2087
Virtual karabakh

Nyu-Yorkda konqressmenin ofisini dağıtdılar

16 İyn, 2019
07:30
2087

Nyu-Yorkda konqressmenin ofisini dağıtdılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Konqressinin nümayəndəsi Aleksandriya Okasio-Kortenin (Nyu-York ştatından demokrat) ofisi şənbə günü alt-üst edilib.

TASS xəbər verir ki, ofisə gizli daxil olan naməlum şəxs yanğınsöndürmə cihazının köpüyünü ətrafa püskürdüb, daha sonra isə gizlənməyə çalışıb. Hadisə zamanı A.Okasio-Korte və digər işçilər ofisdə olmayıblar.

İlkin mülahizələrə görə, həmin şəxs psixi pozğunluqdan əziyyət çəkir. Lakin böyük ehtimalla ona qarşı ittiham irəli sürüləcək.

Binanın mühafizəsi hadisə barədə polisə məlumat verib. Onlar isə kişini hadisə yerində yaxalayıblar.

Qeyd edək ki, 29 yaşlı A.Okasio-Korte ötən il ABŞ-da keçirilən aralıq seçkilərdə respublikaçı Entoni Pappas üzərində qələbə çalmaqla ölkə tarixində ən gənc konqressmen qadın olub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri