16 
İyn
2019
08:59
69
129
6151
Virtual karabakh

Tom Henks mağazanı qarət etdi - VİDEO

16 İyn, 2019
08:59
6151

Tom Henks mağazanı qarət etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı aktyor Tom Henks “Jimmy Kimmel Live” şousu çərçivəsində bəhsə girərək Los-Ancelesdə mağazalardan birini qarət edib.

Oxu.Az bildirir ki, şoudan bir parça “YouTube” sosial şəbəkəsində yerləşdirilib.

Şounun aparıcısı Cimmi Kimmel bildirib ki, T.Henks “hər mənada olduqca gözəl və mükəmməl insandır” və heç zaman qalmaqalların mərkəzində olmayıb.

Aktyora yaxınlıqdakı suvenir mağazasına girib istənilən predmeti oğurlamaq təklif olunub.  T.Henks təklifi qəbul edib. Onun qəniməti karton fiqur və bir neçə “Oskar” suveniri olub.

Hollivud ulduzu mağazadan çıxarkən deyib: “Mən Tom Henksəm və bu heykəlləri özümlə aparıram”. O, götürdüyü suvenirlərin pulunu daha sonra mühafizəçisi ilə göndərib. 

Qeyd edək ki, məşhur aktyor ən yaxşı kişi roluna görə iki dəfə “Oskar” mükafatına (“Forest Qamp” və “Filadelfiya”) layiq görülüb.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri