16 
İyn
2019
19:47
341
38
4217
Virtual karabakh

Hindistan ABŞ-la ticarət müharibəsinə başladı

16 İyn, 2019
19:47
4217

Hindistan ABŞ-la ticarət müharibəsinə başladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hindistan ABŞ-dan gətirilən 28 növ mala əlavə rüsum tətbiq edib. Maliyyə Nazirliyinin hazırladığı sənəd "Gazette of India" portalında dərc edilib.

İyunun 16-dan etibarən tətbiq olunacaq rüsumlar alma və qoz kimi meyvələrə şamil ediləcək.

Daha öncə ABŞ Prezidentinin Hindistan və Türkiyənin ticarət güzəştlərini ləğv etməsi barədə məlumat verilmişdi. Ağ Ev “Hindistanı bərabər və qəbul edilən qaydada bazarlara girişi təmin etməməkdə” ittiham eləmişdi. Türkiyə isə “ölkənin iqtisadi səviyyəsi” bəhanə gətirilərək güzəştlərdən məhrum edilib.

Xatırladaq ki, ötən il ABŞ Hindistan mallarına əlavə rüsum tətbiq etdikdən sonra rəsmi Dehli cavab tədbirləri görəcəyini bəyan etmişdi.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri