16 
İyn
2019
22:20
500
65
3920
yuxarı
Fransada 250 min litr konyak yandı
16 İyn, 2019
22:20
3920
500
65
Fransada 250 min litr konyak yandı
Fransanın qərbində yerləşən Şaranta departamentində güclü yanğın nəticəsində 250 min litr konyak yanaraq məhv olub.
TASS xəbər verir ki, yanğın damında Günəş panelləri yerləşdirilmiş binada başlayıb və ətrafa yayılıb.
Şənbə günü başlamış yanğını yalnız bu axşam söndürmək mümkün olub. Yanğının söndürülməsinə 70 yanğınsöndürən briqada cəlb olunub.
Yanğınsöndürənlər alovun qonşuluqda yerləşən və 350 min litr konyakın saxlanıldığı zavoda keçməsinin qarşısını ala biliblər.
Yanğın nəticəsində xəsarət alan olmayıb.
Qeyd edək ki, Şaranta departamentində 5 minə yaxın alkoqollu içki anbarı var. Regionda hər il 55 milyon litrə yaxın alkoqollu içki istehsal olunur.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Dünya xəbərləri
25 
Apr
2024
22:22
Fransızların yarıdan çoxu Makronun Aİ-nin qərarlarına təsirindən şübhələnib
86
5
371
25 
Apr
2024
20:36
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb - YENİLƏNİB
198
11
1246