16 
İyn
2019
22:52
209
31
7523
Virtual karabakh

Binəli Yıldırım canlı yayımda İmamoğlu ilə üz-üzə - VİDEO

16 İyn, 2019
22:52
7523

Binəli Yıldırım canlı yayımda İmamoğlu ilə üz-üzə - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyunun 23-də Türkiyənin İstanbul şəhərində keçiriləcək bələdiyyə seçkilərindən öncə iki namizəd Binəli Yıldırım (hakim Ədalət və İnkişaf Partiyası) və Əkrəm İmamoğlu (müxalif Cümhuriyyət Xalq Partiyası) ilk dəfə canlı yayımda üz-üzə gəliblər.

Hazırda davam edən canlı yayımda namizədlərə sualları aparıcı İsmayıl Küçükkaya ünvanlayır.

Aparıcının Ə.İmamoğluna ünvanladığı “18 gün İstanbulun bələdiyyə sədri oldunuz. Nələr etdiniz?” sualı maraq doğurub.

Binəli Yıldırımın çıxışından sonra söz alan Ə.İmamoğlu B.Yıldırımın 25 illik hakimiyyətdə olduğu müddətdən daha çox iş görə biləcəklərinə eyham vuraraq, seçkiöncəsi təşviqat kampaniyasında bildirdiyi fikirlərin hakim partiyanın namizədi tərəfindən AKP-nin fikri kimi çatdırılmasına etiraz edib.

Müzakirələr zamanı tərəflərin bir-birilərinin fikirlərini qəbul etməməsi diqqət çəkib. CHP-dən olan namizəd seçkilərdə səslərin düz hesablanmamasının hakimiyyətin səhvi və seçkilərin düzgün təşkil edilməməsi ilə əlaqədar olduğunu söyləyib.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri