17 
İyn
2019
09:00
168
59
6299
Virtual karabakh

“Corc Kluni” Tailandda həbs olundu - FOTO

17 İyn, 2019
09:00
6299

“Corc Kluni” Tailandda həbs olundu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazanc əldə etmək məqsədilə uzun müddət özünü ABŞ aktyoru Corc Kluni kimi təqdim edən italiyalı və onun sevgilisi Tailandda həbs olunub.

BBC-nin məlumatına görə, 58 yaşlı Françesko Qaldelli və 45 yaşlı Vanya Qoffi 2013-cü ildən bəri İnterpolun axtarışında olub.

C.Kluni isə cütlükdən məhkəməyə şikayət edib. Hollivud ulduzu 2010-cu ildə İtaliya məhkəməsinə verdiyi ifadədə cütlüyün onun adından şəxsi məqsədləri üçün istifadə etdiyini və saxtakarlıq yolu ilə qazanc əldə ediyini bildirib.

Cütlük, həmçinin İtaliyada bir sıra fırıldaqçılıqda və dələduzluq əməllərində təqsirləndirilir.

İtaliyalı “Bonni və Klayd” adını almış sevgililər həbsdən yayınmaq üçün ölkədən qaçmışdı.

Cütlük həftəsonu İtaliya və Tailand hüquq-mühafizə orqanlarının Pattaya şəhərinin ətrafında birgə keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. İlkin dindirilmə zamanı Françesko geyim şirkəti açaraq özünü Corc Kluni kimi təqdim etdiyini və qazanc məqsədilə insanların etibarından sui-istifadə etdiyini etiraf edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri