18 
İyn
2019
02:26
290
27
6158
Virtual karabakh

Rusiyalı səfirə “Ermənistanın daxili işlərinə qarışma!” deyildi

18 İyn, 2019
02:26
6158

Rusiyalı səfirə “Ermənistanın daxili işlərinə qarışma!” deyildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistanın sabiq prezidenti Robert Koçaryanla görüşdükdən sonra bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

RİA Novosti-nin xəbərinə görə, bu barədə parlamentin Xarici əlaqələr komissiyasının sədri Ruben Rubinyan məlumat verib.

Daha öncə Rusiyanın diplomatik missiyasından bildirilib ki, S.Kopırkin ictimai siyasi və işgüzar dairələrlə keçirilən müntəzəm görüşlər çərçivəsində R.Koçaryanla da görüşüb.

“Bu gün mən komissiyanın bu görüşün müzakirəsinə həsr olunmuş iclasından sonra xarici işlər naziri Zöhrab Mnatsakanyanla danışdım. O bildiridi ki, səfir bununla bağlı cümə günü XİN-ə çağırılıb. Səfirlə söhbət aparılıb və ona Ermənistanın daxili işlərinə qarışmamaq tövsiyə olunub”, - deyə R.Rubinyan öz “Facebook” səhifəsində yazıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri