18 
İyn
2019
05:02
47
186
2789
Virtual karabakh

Çində zəlzələ: 11 nəfər ölüb, 122 nəfər yaralanıb

18 İyn, 2019
05:02
2789

Çində zəlzələ: 11 nəfər ölüb, 122 nəfər yaralanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çinin Sıçuan əyalətində ard-arda 2 güclü zəlzələ baş verib.

“RİA Novosti” xəbər verir ki, ilk zəlzələ yerli vaxtla saat 23:00-da (Bakı vaxtı ilə 19:00) İbin şəhər dairəsində qeydə alınıb. Yeraltı təkanların maqnitudası 6 bal təşkil edib. 40 dəqiqə sonra həmin dairədə 5,1 gücündə təkrar zəlzələ olub.

Yeraltı təkanlar nəticəsində 11 nəfər həlak olub, 122 nəfər xəsarət alıb. Xilasetmə xidmətləri öz işlərini davam etdirirlər. Zəlzələdən dəyən maddi ziyan hesablanır.

Qeyd edək ki, Sıçuan əyaləti Çinin seysmik təhlükə səviyyəsi ən yüksək olan regionudur. 2008-ci ildə burada baş verən zəlzələ nəticəsində 87 min insan həlak olub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri