18 
İyn
2019
11:07
10
219
2184
Virtual karabakh

BMT: İki milyarddan çox insan içməli sudan məhrumdur

18 İyn, 2019
11:07
2184

BMT: İki milyarddan çox insan içməli sudan məhrumdur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ümumdünya Səhiyyə Təşkilatı və UNİCEF dünya ictimaiyyətini su təchizatı, sanitar və gigeniya xidmətlərinin inkişafına daha çox investisiya qoymağa çağırıb. Məqsəd infeksion xəstəliklərə qarşı daha effektiv mübarizəni təmin etməkdir.

Çərşənbə axşamı Cenevrədə dərc olunan hesabata görə, dünyada 2,2 milyarda yaxın insan təmiz içməli su təchizatından, 4,2 milyard insan lazımi səviyyəli sanitar xidmətlərdən məhrumdur. Üç milyarda yaxın insan isə ev şəraitində əllərini yumağa sabun tapmır.

Ümumdünya Səhiyyə Təşkilatı UNİCEF-lə birlikdə BMT-nin “Minilliyin İnkişaf Məqsədləri” strategiyasının yerinə yetirilməsinin monitorinqini aparır.Cari hesabata görə, su təchizatı, sanitar və gigeniya xidmətlərinin inkişafı istiqamətində müəyyən irəliləyişlər olsa da, hələ də bu xidmətlərin təmin olunmasında böyük boşluqlar var.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri