18 
İyn
2019
14:34
33
94
2805
Virtual karabakh

“Facebook” öz valyutasını yaradır

18 İyn, 2019
14:34
2805

“Facebook” öz valyutasını yaradır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Facebook” sosial şəbəkəsinin rəhbərliyi “Calibra” adlı törəmə şirkətinin yaradıldığını elan edib. Şirkətin başlıca fəaliyyəti “Libra” kriptovalyuta əsasında maliyyə xidmətlərinin göstərilməsindən ibarət olacaq.

“Calibra” ilk məhsulunu - blokçeyn texnologiyasına əsaslanan yeni “Libra” adlı valyuta üçün rəqəmsal pul kisəsi təqdim edəcək”, - deyə sosial şəbəkənin rəsmi hesabında çıxan məlumatda deyilir.

Kriptovalyuta üçün rəqəmsal pul kisəsindən həm “Messenger”, həm də “WhatsApp” istifadəçiləri yararlana biləcək. Bundan başqa, 2020-ci ilə kimi ayrıca tətbiqin buraxılacağı bildirilir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri