19 
İyn
2019
11:36
62
394
5072
Virtual karabakh

Türkiyəni gələn ay ağır sanksiyalar gözləyir

19 İyn, 2019
11:36
5072

Türkiyəni gələn ay ağır sanksiyalar gözləyir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Donald Tramp administrasiyası Rusiyadan S-400 zenit-raket komplekslərinin alınması ilə əlaqədar iyul ayında rəsmi Ankaraya qarşı üç yeni sanksiya paketi qəbul etməyə hazırlaşır.

Bu barədə “Bloomberg” məlumatlı mənbələrə istinadən xəbər verir.

Agentliyin yazdığına görə, hazırda ABŞ Milli Təhlükəsizlik Şurası, Dövlət Departamenti və Maliyyə Nazirliyi tərəfindən müzakirə olunan sanksiyalar paketi “onsuz da iqtisadi baxımdan çətin günlərini yaşayan Türkiyəni sarsıdacaq”.

Məlumata əsasən, daha çox Türkiyənin Rusiya ilə əməkdaşlıq edən müdafiə sənayesi şirkətlərinə “CAATSA” qanunu çərçivəsində sanksiyaların tətbiqi ideyası dəstək qazanıb. Bu, o anlama gəlir ki, tətbiq olunacağı təqdirdə, belə şirkətlər Birləşmiş Ştatların maliyyə sistemindən kənarlaşdırılacaq və onların ABŞ hərbi məhsulları alması və ya Türkiyə məhsullarını Birləşmiş Ştatlara ixrac etməsi faktiki olaraq qeyri-mümkün olacaq.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri