19 
İyn
2019
14:51
15
221
1997
Virtual karabakh

BMT: Məcburi köçkünlərin sayı rekord həddə çatıb

19 İyn, 2019
14:51
1997

BMT: Məcburi köçkünlərin sayı rekord həddə çatıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən il müharibə, münaqişə və repressiyalarla əlaqədar 70 milyondan çox insan köçkün düşüb.

Bu, BMT-nin Qaçqınlar üzrə Ali komissarlığının yarım əsr ərzində qeydə aldığı ən yüksək göstəricidir.

Təşkilatın “Global Trends” adlı illik hesabatına görə, keçən illə müqayisədə, məcburi köçkünlərin sayı 2,3 milyona qədər artıb.

Hesablamaya görə, dünyada bir günə 37 minə yaxın insan məcburi köçkün düşür.

“Bu rəqəmlər müharibə, münaqişə və təqiblərdən qurtulmaq üçün təhlükəsiz sığınacağa ehtiyacı olan insanların sayının davamlı olaraq artdığını təsdiq edir”, - deyə BMT-nin Qaçqınlar üzrə ali komissarı Filippo Qrandi bildirib.

2019-cu ilin statistikasında məcburi köçkün sayının daha çox olacağı gözlənilir. Belə ki, Venesueladakı siyasi-iqtisadi böhranla əlaqədar köçkün düşənlərin sayı hesabata qismən daxil edilib.

Digər təşkilatların statistikasına görə, Venesueladakı hadisələrlə əlaqədar ölkəni dörd milyondan çox insan tərk etməyə məcbur olub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri