19 
İyn
2019
19:03
214
31
6250
Virtual karabakh

Tbilisi meri 6 illik arvadı ilə yenidən evləndi - FOTO

19 İyn, 2019
19:03
6250

Tbilisi meri 6 illik arvadı ilə yenidən evləndi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanın ən gözəl cütlüklərindən hesab edilən Tbilisi meri Kaxa Kaladze və dizayner Anuki Areşidze 6 illik evlilikdən sonra kilsədə nikah mərasimi keçirib.

Qeyd edək ki, cütlüyün Levan, Kaxaber, Vaçe və Nikolu adlı 4 oğlu var. Kilsədə  keçirilən nikah mərasimindən öncə Gürcüstanın patriarxı II İlya ailənin iki böyük oğlunu xaç suyuna salıb. Nikah mərasimindən sonra Tbilisi yaxınlığındakı otellərdən birində banket verilib.

Kaxa Kaladze bir zamanlar “Milan” futbol klubunda oynamış keçmiş futbolçudur. 2017-ci ildən Tbilisinin meridir. Buna qədər o ölkəsinin energetika naziri vəzifəsində çalışıb.

Xanımı isə “Anouki” geyim brendinin əsasını qoymuş məşhur dizaynerdir. Onun əl işləri Paris və Milanın nüfuzlu moda evlərində sərgilənir.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Beautiful day By @louisa_s

Публикация от ANOUKI ARESHIDZE (@anoukigold)

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri