20 
İyn
2019
00:01
27
785
4288
Virtual karabakh

ABŞ Ermənistana 40 milyon dollar yardım ayırdı

20 İyn, 2019
00:01
4288

ABŞ Ermənistana 40 milyon dollar yardım ayırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Konqresi Ermənistana 40 milyon dollar yardımı nəzərdə tutan düzəlişi təsdiqləyib. Bu barədə “Novosti Armeniya” məlumat yayıb.

 Bu düzəliş Konqres üzvü, erməni məsələləri üzrə komitənin həmsədri Ceki Spiyer  tərəfindən təklif edilib. 

“Konqresin bu düzəlişi təsdiqləməsi o deməkdir ki, ABŞ Ermənistanın demokratik tərəqqi yolunda irəliləməsini dəstəkləyir və onunla davamlı institutların qurulması yönündə işləri davam etdirəcək”,- deyə Spiyer bildirib.

Spiyer xarici yardım haqqında qanun layihəsinə düzəlişi 2020-ci fiskal ili üçün təklif edib.  Layihənin lehinə 268, əleyhinə 152 konqresmen səs verib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri