23 
İyn
2019
20:24
410
226
8421
Virtual karabakh

İmamoğlu qələbə qazandı - Yıldırım təbrik etdi

23 İyn, 2019
20:24
8421

İmamoğlu qələbə qazandı - Yıldırım təbrik etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İstanbulda təkrar bələdiyyə sədri seçkilərində rəqibim Əkrəm İmamoğlu öndədir.

Oxu.Az xəbər verir ki, bunu canlı efirdə hakim Ədalət və İnkişaf Partiyasından bələdiyyə sədrliyinə namizəd Binəli Yıldırım deyib.

O, Cümhuriyyət Xalq Partiyasından namizədliyi irəli sürülmüş Ə.İmamoğlunu təbrik etdiyini bildirib:

“İmamoğlunun İstanbula gözəl xidmət etməsini arzulayıram”.

Qeyd edək ki, bu gün Türkiyənin İstanbul şəhərində təkrar bələdiyyə seçkiləri keçirilib.

İlkin nəticələrə görə, Əkrəm İmamoğlu 53,69 faiz, Binəli Yıldırım isə 45,39 faiz səs toplayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri