24 
İyn
2019
06:52
63
187
2533
Virtual karabakh

Netanyahu Boltonu İordan vadisinə gətirib

24 İyn, 2019
06:52
2533

Netanyahu Boltonu İordan vadisinə gətirib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrail çalışacaq ki, Yaxın Şərq üzrə istənilən nizamlanma ssenarisində Fələstin dövlətinin şərq sərhədini bildirən İordan vadisinə nəzarət yəhudi dövlətində qalsın.

Bunu İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidentinin köməkçisi Con Boltona bildirib.

Netanyahu Boltonu İordan çayının qərb sahilinə gətirib. ABŞ administrasiyasının nümayəndəsi vəd edib ki, ölkəsi regional sülh planlarının formalaşmasında İsrailin narahatlıqlarını nəzərə alacaq.

“İordan vadisi ölkəmizin müdafiəsi üçün minimal strateji dərinlik və hündürlüyü təmin edir. Sülh razılaşmasının istənilən variantında mövqeyimiz maraqlarımız və ümumi təhlükəsizliyimiz naminə İsrailin burada mövcudluğundan ibraətdir”, - B.Netanyahu bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri