25 
İyn
2019
16:31
371
55
4559
Virtual karabakh

Ərdoğan: İstanbulluların qərarının başımız üstündə yeri var

25 İyn, 2019
16:31
4559

Ərdoğan: İstanbulluların qərarının başımız üstündə yeri var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) iclasında İstanbulda təkrar bələdiyyə sədrliyi ilə bağlı növbəti açıqlama verib.

Hürriyet”in məlumatına görə, dövlət başçısı sözügedən seçkinin İstanbula və Türkiyəyə xeyirli olmasını arzulayıb.

“CHP namizədi Əkrəm İmamoğlunu bir daha təbrik edirəm. İstanbul sakinlərinin qərarının başımız üstündə yeri var”, - R.T.Ərdoğan qeyd edib.

Xatırladaq ki, iyunun 23-də İstanbul bələdiyyə sədrliyinə baş tutan yenilənmiş seçkilərdə Millət İttifaqı (CHP) namizədi Əkrəm İmamoğlu rəqibi, Cümhur İttifaqının (AKP) namizədi Binəli Yıldırıma 800 mindən çox səs fərqi ilə qalib gəlib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri