26 
İyn
2019
02:18
23
191
2351
Virtual karabakh

Suriyada yaraqlılar yenidən təxribatlara əl atdılar

26 İyn, 2019
02:18
2351

Suriyada yaraqlılar yenidən təxribatlara əl atdılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaraqlılar sutka ərzində Suriyanın Latakiya və Həma vilayətlərinin 12 yaşayış məntəqəsini atəşə tutublar.  

“RİA Novosti” xəbər verir ki, bunu brifinqdə Suriyada Tərəflərin barışdırılması üzrə Mərkəzin rəhbəri general-mayor Aleksey Bakin bildirib.

“Sutka ərzində silahlılar Latakiya vilayətinin Nahşebba (iki dəfə), Safsafa (iki dəfə), Eyn-Əl-Kantara, Raşa, Royset-Ruşu, Sandran, Bşarfa, Dəhr-Əbu-Asad, Mqaret, Kara-Şaaban yaşayış məntəqələrini, Həma vilayətinin Calama, Kara-Curn və Skalbiya yaşayış məntəqələrini atəşə tutublar”, - A.Bakin qeyd edib.

O, qanunsuz silahlı birləşmələri təxribatlardan çəkinməyə çağırıb. 

General-mayor həmçinin deyib ki, 24 iyuna olan məlumata görə, 31 901 yaşayış evi, 868 təhsil və 175 tibb müəssisəsi bərpa olunub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri