26 
İyn
2019
05:29
67
33
1980
Virtual karabakh

Britaniyanın yeni Baş naziri nə vaxt bilinəcək?

26 İyn, 2019
05:29
1980

Britaniyanın yeni Baş naziri nə vaxt bilinəcək?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniyanın hakim Mühafizəkarlar Partiyası yeni partiya lideri və Baş nazirin adını iyulun 23-də – iyulun 22-si günün ikinci yarısında səsvermə proseduru başa çatdıqdan sonra açıqlayacaq.

Baş nazir dəftərxanasının rəsmi nümayəndəsi deyib ki, yeni Baş nazir iyulun 24-ü günün ikinci yarısında işə başlamalıdır.

Partiya lideri və Baş nazir postuna Britaniyanın sabiq xarici işlər naziri və Londonun keçmiş meri Boris Conson və hazırkı xarici işlər naziri Ceremi Hant iddia edir.

Yeni Baş nazir seçilənədək bu vəzifəni iyunun 7-də rəsmi olaraq partiya lideri vəzifəsindən istefa vermiş Tereza Mey icra edəcək.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri